sehiyye.info

Bağırsaqların Çürüdüyü Göstərən 10 Əlamət! - İnsanların 90%i Bilmir

Bağırsaqların Çürüdüyü Göstərən 10 Əlamət! - İnsanların 90%i Bilmir
Yoğun bağırsaqda problem olduğunu göstərən əlamətlər.
Yoğun bağırsaq xərçəngi və yaxud kolorektal xərçəng. Onkoloji xəstəliklərin bu bədxassəli növü bağırsağın məhvi deməkdir. Yaranma səbəbləri sırasında balanssız qidalanma, genetik miras, zərərli vərdişlər, bağırsağın xroniki iltihabi xəstəliyi də var. Mədə-bağırsaq traktatındakı bütün onkoloji xəstəliklərdən ən bədxassəlisi, dolayısı ilə, ən ağırı məhz kolorektal xərçəng sayılır. Onkoloji xəstəliklərin ümumi siyahısında isə kolorektal xərçəng ikinci yerdədir. Hər il 600 mindən çox insana “bağırsaqda bədxassəli şiş” diaqnozu qoyulur. Və bu xəstələrin 60-70%-i həkimə müraciət edəndə artıq gecikmiş sayılır; məlum olur ki, xəstəlik irəliləmiş mərhələdədir.
Yoğun bağırsaq xərçəngi daha çox 50 yaşını geridə qoymuş insanlarda rast gəlinir. Xəstələr arasında kişilər üstünlük yəşkil edir.
Yoğun bağırsaq xərçənginin əlamətləri.
Bağırsaq xərçənginin əlamətləri kişilərdə və qadınlarda eynidir. Amma şişin həcmi və yayılma dərəcəsi həmişə individual olur. Yoğun bağırsaq xərçəngi uzun müddət heç bir kliniki əlamət olmadan irəliləyə bilir. Belə demək olarsa, xəstəliyin mövcudluğunu və inkişafını insan hiss etmir. Var olduğuna dair işarətlər o zaman meydana çıxır ki , artıq şiş nəzərə çarpacaq dərəcədə böyümüş olur. Amma bununla belə, bəzi əlamətlər var ki, patalogiyanın “xəbərçiləri” sayılır. Əgər bu işarətlər vaxtında bilinsə, xəstənin müalicə şansı daha yüksək olur.
1. Xroniki yorğunluq. Bağırsaq xərçəngi insanın bütün orqanizminə təsir edir. Belə ki, insan daim özünü yorğun, halsız hiss edir. Gücünün qalmadığını zənn edən insanın iştahı azalır, “çölə çıxmağında” da problemlər yaranır. Patalogiyanın mövcudluğu zamanı lazımi müddətdə və şəraitdə istirahət etmək də yoğunluq sindromunu aradan qaldıra bilmir. Hətta səhər açılan kimi, insan özünü yorğun hiss edir. Bu da o deməkdir ki, həmin insan günə gümrah başlaya bilmir və iş qabiliyyətinə malik olmur. Xroniki yorğunluq bir müddət sonra yuxu problemləri, əhval-ruhiyyənin pis olması və daimi mürgüləmə ilə müşayiət olunur. Burda “yuxu problemləri” dedikdə, yuxuya gedə bilməmək, gecə dəfələrlə yuxudan oyanmaq, hətta yuxusuzluq da nəzərdə tutulur. Bu hallar isə, öz növbəsində, başqa narahatlıqlar üçün zəmin yaradır. Yuxusuzluğun düşünmə və yaratma qabiliyyətinin aşağı düşməsinə, yaddaşın zəifləməsinə, baş gicəllənməsinə, baş və əzələ ağrılarına, oynaq göynəmələrinə, qripə bənzər simptomlara, boğaz ağrılarına səbəb olduğu elmə çoxdan məlumdur.
Yoğun bağırsaq xərçənginin əlamətləri.



REKLAM