sehiyye.info

Yaş saçla yatmağın altı təhlükəli nəticəsi

Yaş saçla yatmağın altı təhlükəli nəticəsi
Amerikalı bərbər yaş saçla yatmağın altı təhlükəli nəticəsini açıqlayıb.

Sehiyye.info xarici KİV-ə istinadən xəbər verir ki, o, bu barədə şəxsi "TikTok" hesabında video yerləşdirib.

Texasdan olan gözəllik salonunun əməkdaşı izləyicilərinə yatmazdan əvvəl saçları yaxşıca qurutmağı tövsiyə edib.

Onun sözlərinə görə, yaş saçla yatmaq kövrək qıvrımlara, həmçinin göbələk və kandidozun yaranmasına səbəb ola bilər. Bundan əlavə, nəm mühit dəri dermatitinin inkişafına və kəpək meydana gəlməsinə səbəb olur.

"Ən vacib şərtlərdən biri də odur ki, yaş saçla yatan insanlarda tez-tez dəri xəstəliyi inkişaf edir. Bu da qismən keçəlliyə gətirib çıxarır", - müəllif yekunlaşdırıb.//lent.az



REKLAM