sehiyye.info

Hərbi qulluqçuların səyyar stomatoloji müayinə və müalicəsi həyata keçirilib – FOTO/VİDEO

Hərbi qulluqçuların səyyar stomatoloji müayinə və müalicəsi həyata keçirilib – FOTO/VİDEO
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən azad edilmiş ərazilərdə dislokasiya olunan bölmələrin hərtərəfli təminatının, sosial-məişət şəraitinin və tibb xidmətinin təşkili ilə bağlı həyata keçirilən tədbirlər davam etdirilir.

Sehiyye.info xəbər verir ki,bu barədə Müdafiə Nazirliyindən Oxu.Az-a verilən məlumatda deyilir.

Müdafiə Nazirliyinin Tibb İdarəsinin müxtəlif istiqamətlərdə yaradılan mobil səyyar qrupları tərəfindən şəxsi heyətin sağlamlığının qorunması məqsədilə profilaktik tədbirlər görülür.

Səyyar stomatoloji kabinetin həkim-mütəxəssisləri tərəfindən ağız boşluğunun sanasiyası, müayinə və müalicəsi, endodontik və lazer plomblarla estetik bərpa işləri görülüb.



REKLAM