Miqren ilə baş ağrısının fərqi nədir?
Miqren insanı gündəlik həyat və iş prosesindən ayırır.
Sehiyye.info xəbər verir ki, nevroloq Taisiya Baskova bu iki baş ağrısının fərqini izah edib.
Standart baş ağrıları gərginlikdən baş verir. Adətən insanlar stresdən, oturaq işdən, müəyyən gərginlikdın, boynun perikranial əzələlərinin funksiya pozulmasından baş ağrısı hiss edir.
Miqrenlə bu baş ağrısı birinci növbədə intensivliyi ilə fərqlənir.
“Gərginlik baş ağrısında ağrı və intensivlik miqrendəki qədər çox güclü ola bilməz.
Miqren ağrısı intensiv artır, getdikcə artır və 1 sutkadan 3 günə kimi davam edə bilər.
Miqrendə ağrı birtərəfli olur, başa sanki çəkiclə vururlar, nəbzvari ağrı olur. Ağrı bir gözə, gicgaha vurur.
Səs, musiqi və işığa qarşı həssaslıq yaranır, insanın işləməyə həvəsi olmur, ürəkbulanma olur.(medicina.az)
Başı çevirəndə, aşağı sallayıb qaldıranda ağrı şiddətlənir.
Belə halda insan evdə yataq rejimində qalsa daha uyğundur”.//gent.az