sehiyye.info

7 yaşlı məktəbli qız boğaz əməliyyatında öldü - FOTO

7 yaşlı məktəbli qız boğaz əməliyyatında öldü - FOTO
Qobustan rayonunda 7 yaşlı qız cərrahi əməliyyat zamanı vəfat edib.



Sehiyye.info xəbər verir ki, 2016-cı il təvəllüdlü Yağmur Məmmədova Qobustan Rayon Mərkəzi Xəstəxanasında burun-boğaz əməliyyatı üçün narkoz verildikdən sonra qəfil vəfat edib.



Qobustan şəhər A.Qayıblı adına 3 saylı tam orta məktəbin 1-ci sinif şagirdi olan Yağmurun narkozun təsirindən şoka düşdüyü və bu səbbədən vəfat etdiyi bildirilir.



Faktı ilə bağlı Qobustan Rayon Prokurorluğunda araşdırma aparılır.//qafqazinfo



REKLAM