"Vuranların" nəzərinə: Qara ciyəri təmizləmək üçün alaqanqal yağı için.
![]()
Qaraciyər piylənməsi tez tez rast gəlinən xəstəliklərdən olaraq əsasən qəbul etdiyiniz qida, spirtli içkilər, yaşayış mühiti və yaxud çalışdığınız işlə ilə bağlı ola bilər.
Sehiyye info xəbər verir ki,mütəxəssis Yalçın Dadaşov qaraciyərin piylərdən təmizlənməsində alaqanqal otunun və ya yağının çox müsbət effekt verdiyini qeyd edir.Onun üçün bazarda və apteklərdən bu vasitələri əldə etmək kifayətdir.
Mütəxəssis xalq təbabəti sayəsində yüzlərlə xəstənin müalicə olunduğunu da qeyd edir.
Alaqanqal otunun,eləcə də yağının qaraciyərin piy distrofiyası, hepatit, qaraciyər sirrozu, qaraciyərin müxtəlif toksiki maddələrin (alkoqol, təbii və sintetik zəhərlər, ağır metal duzları, dərman preparatları) təsirindən zədələnməsi, öd yollarının diskineziyası, xolangit, öd daşı xəstəliyinin müalicəsində önəmli rol oynadığını bildirib.![]()