Qaziantepli zəlzələ qurbanları Bakıda müalicəyə başladılar - VİDEO
Türkiyədəki dağıdıcı zəlzələdə evsiz qalan, körpəsi və azyaşlı övladları ilə birgə müalicə üçün Azərbaycana gətirilən Qaziantepli zəlzələ qurbanları Baku TV-yə danışıblar.
Onlar yaradılan şərait üçün təşəkkürlərini bildiriblər. Eləcə də həmin gecə baş verən zəlzələnin dəhşətlərindən danışıblar
Qeyd edək ki, bu ilin fevral ayının 10-da Türkiyədən Azərbaycana gətirilən vətəndaşlardan 10 uşaq və 12 böyük, ümumilikdə 6 ailə tibb müəssisəsinə yerləşdirilib. Gələn 10 uşaqdan 6-sı oğlan, 4-ü isə qızdır. Ən kiçiyi 8 günlük, ən böyüyü 14 yaşındadır. Xəstəxanaya daxil olan şəxslər dərhal onlar üçün ayrılan palatalara yerləşdiriliblər, hərtərəfli laborator-instrumental müayinələr başlanılıb və bu gün artıq müayinələr bitmək üzrədir. Müayinələr bitdikdən sonra uşaqlar valideynləri ilə birgə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan sığınacağa göndəriləcəklər”.