Referans Klinkasının vagina əməliyyatı edən həkimi ittiham dolu açıqlama yaydı

Sehiyye.info xəbər verir ki, o, bu barədə öz instagram hesabında video paylaşıb.
C.Hüseynova bildirir ki, canlı yayımda vagina əməliyyatı tibbi baxımdan məqbuldur və həmin yazını ictimailəşdirənlər isə tibbi savadı olmayan jurnalistlərdir.
O, həmçinin Türkiyədə baş verən zəlzələni stat gətirirək qeyd edir ki, belə dönəmdə vagina əməliyyatından yazmaq insanlığa sıxmayan hərəkətdir və məqaləni yazan jurnalisti qeyri-insanilikdə qınayır.
Qeyd edək ki, həkim C.Hüseynova söz açdığı yazı sarkazm.az saytında dərc olunub.
Həkimin həmin açıqlamasını təqdim edirik:
Həkimin çıxışından sonra onun sosial şəbəkə hesablarına diqqət etdik.
Bizi qeyri-insanilikdə qınayan, Türkiyədə baş verən zəlzələni özünə müdaifə kimi seçən, həmin kədərli hadisə müddətində vagina mövzusunun ictimailəşdirilməsinin zamanı olmadığını bildirən Cəmilə Hüseynova zəlzələ baş verən günün sabahı sinə kiçiltmə əməliyyatını reklam edir. Eyni zamanda, yeni müştəri toplamağa cəhd edir.
Maraqlıdır ki, vagina əməliyyatının dərc olunmasını Türkiyə zəlzələsinə bağlayan, özünü həmin hadisəyə görə bədbin göstərən həkim Cəmilə Hüseynova Türkiyənin matəm günündə müştəri ovuna çıxmasına necə haqq qazandıraq?! Əgər həmin dönəmdə bizim yazmağımız insanlığa sığmayan hərəkətdirsə, həkimin bu dönəmdə sinəsini kiçiltmək istəyənləri axtarmağının adı nədir?//amia.az