sehiyye.info

Qripdən sonra immunitet nə qədər davam edir?

Qripdən sonra immunitet nə qədər davam edir?
Qripə yoluxmuş şəxs xəstəliyə qarşı altı aydan bir il yarıma qədər immunitet qazanır, lakin bu, yalnız xəstənin təmasda olduğu ştama qarşı təsirli olacaq.

Sehiyye.info xəbər verir ki, bu sözləri tibb elmləri namizədi, immunoloq Nikolay Kryuçkov deyib.

"Qripdən sonra çarpaz immunitet qazanılır, lakin o qədər də güclü deyil. Məsələn, əgər insan bu mövsüm H1N1 virusu ilə xəstələnibsə, o, çox tezliklə H3N2-də yoluxa bilər", - Kryuçkov Ura.ru ilə söhbətində deyib.

Bundan əlavə, immunoloq xatırladıb ki, bir epidemiya mövsümündən digərinə keçid zamanı qripin müxtəlif ştammları olur.

"Hər mövsüm fərqli ştammlar meydana çıxır. Bəzi insanlar xəstələnib immunitet qazansalar da, ikinci mövsüm üçün bu immunitet onsuz da kifayət deyil. Əsl effektiv immunitet bir ildən az təsirli olur”, - həkim vurğulayıb.



REKLAM