sehiyye.info

Onlarla sevişmək həzzin zirvəsidir – Ən seksual bürclər

Onlarla sevişmək həzzin zirvəsidir – Ən seksual bürclər
Sevgi münasibətlərində seksuallığın önəmi böyükdür. Kişilər etiraf etməsələr də, diqqətlərini sekual qadınlar daha çox çəkir. Bəzi qadınlar davranışları, hərəkətləri ilə seksual olduqlarını biruzə versələr də, bəziləri bu xüsusiyyətlərini gizli saxlamağı bacarır.

Bəs astrologiyaya görə ən seksual qadınlar hansı bürclərdəndir?


ŞİR

Şir bürcü altında doğulan qadınlar təpədən-dırnağa qədər seksualdır. Şir qadınları yataqda bədən gözəlliyi və özünə inamı ilə diqqət çəkir. Onlarla seks həzzin zirvəsidir. Hər şeydən çox özlərinə güvənirlər.

ƏQRƏB

Əqrəb qadını demək olar ki, sevgi və ehtiras üçün yaradılmışdır. Yataqda ən özgüvənli bürclərdən biridir. Seks onun üçün əvəzolunmazdır. Eşq əqrəblər üçün yataqda uğurlu tərəfdaşlıq deməkdir.

BUĞA

Dünyəvi şıltaqlıqlarının bütün şövqünü yataqda yaşamaq istəyirlər. Buğa bürcü qadını üçün klassik üslubda olan münasibət yataqda xoşbəxt olmağın açarıdır. O, qoxu seçimi və yataqdakı duruşu ilə bütün seksuallığını ortaya qoyur.

TƏRƏZİ

Qadınlıq Tərəzi qadını üçün əvəzolunmaz bir şüardır. Paltarında və gözlərində gizlənən bu seksuallıq yataqda çox fərqli bir ölçüyə çatır. Tərəzi qadınlığın simvoludur.

Qoç

Hər cəhətdən diqqət çəkir və istədiyini əldə etmədən onu tərk etmir. Qoç bürcü qadını istəyinə hər zaman çatır. Onda fiziki olaraq şəhvət oyatmaq olduqca asandır, lakin o, bir gecəlik münasibət axtaranlar üçün ideal namizəddir.

ƏKİZLƏR

Münasibətlərdə fərqlilik axtaranların ən seksual namizədi təbii ki, Əkizlər bürcüdür. Əkizlər bürcü qadınları yataqda cazibədardır. Onlar fərqliliyi sevirlər.

BALIQLAR

Balıqlar bürcü qadını hər zaman sevginin təcəssümüdür. Yataqda sevgilərini göstərməyin yollarını çox yaxşı bilirlər. Bu sevgi dolu halları bədən dili ilə birləşdirəndə çox seksual bir duruşa sahib olur. Ən nazlı bürc Balıqlardır.

OĞLAQ

Oğlaq qadınları üçün iş çox önəmlidir. Onu ələ almaq çox çətindir.Ancaq bunu bacarsanız, içindəki gizli xəzinəni görüb təəccüblənəcəksiniz. Oğlaqlar ciddi görünüşdən gözlənilmədən seksual qadına çevrilə bilər.

XƏRÇƏNG

Xərçəng bürcü qadınları yataqda qaydalara tabedirlər. Partnyorlarına iliyə qədər sevgi bəxş etsələr də, fərqliliyi sevmirlər və qadağalar qoya bilirlər.

OXATAN

Oxatan qadını seksual deyil. Onu bu baxımdan dəyərli edən xüsusiyyəti cəlbediciliyidir. Onunla ömürlük münasibət qurmaq kifayət qədər çətindir.

QIZ

Qız bürcü qadını qaydalara tabedir və nizamlıdır. Tabularını aradan qaldırmaq üçün vaxt lazımdır. Onlar ilk baxışda cəlbedici deyillər. Onlar tanıdıqca qarşı tərəfə təslim olurlar və seksual qadına çevrilməyi bacarırlar.

DOLÇA

Dolça bürcü altında doğulan qadınlar sevgiyə inanmadıqları üçün seksual olmağa çalışmırlar. Onları yalnıza sevgiyə inandıra bilən kişi seksual cəhətlərini ortaya çıxara bilər.//savash.org



REKLAM