sehiyye.info

Mədəyə və dişlərə zərər verir! - BU SULARI İÇMƏYİN

Mədəyə və dişlərə zərər verir! - BU SULARI İÇMƏYİN
Tibb elmləri namizədi, qastroenteroloq İrina Berejnaya RT-yə müsahibəsində qablaşdırılmış meyvə sularının zərərlərindən danışıb və onları pəhrizdən xaric etməyə çağırıb.

Sehiyye.info Rusiya mediasına istinadən xəbər verir ki, ekspertin sözlərinə görə, bir stəkan alma şirəsi üçün beş alma lazımdır.

“Birdən beş alma yeyə bilməzsiniz, bu, çoxlu miqdarda sadə şəkər, fruktoza deməkdir. Müvafiq olaraq, dişlərə, mədəyə təsir edir, insulinin sərbəst buraxılmasını stimullaşdırır. Qablaşdırılmış şirələrin tərkibində konservantlar, boyalar, stabilizatorlar, müxtəlif qatqılar, bir sözlə, insan orqanizmi üçün aqressiv kimyəvi maddələr var.

Meyvə şirəsi əvəzinə meyvə smuziləri və azşəkərli kompotlar için", - həkim qeyd edib.//publika



REKLAM