sehiyye.info

Telefonu yastığın altına qoyub yatanların nəzərinə - Beyinə təsir edir

Telefonu yastığın altına qoyub yatanların nəzərinə - Beyinə təsir edir
Mobil telefonu gecə yastığının altına qoyub yatanlar özlərini potensial təhlükəyə atır.
Sehiyye.info xəbər verir ki, Rospotrebnadzor Andrey Quskov bu barədə xəbərdarlıq edib.
“Smartfondan şüalanan elektromaqnit sahə insan beyninə yuxuda ikən təsir edir. Radiotezlikli diapazon elektromaqnit sahəsi hər işlək telefonun sahəsində yaranır. İnsanın belə tezlikli dalğalara ən həssas orqanı beyindir, o elektromaqnit şüalanmanın təsirinə məruz qalır.
Mobil telefonu çarpayının yanı, baş səviyyəsində tumba, yastığın altı və başa yaxın istənilən sahədə saxlamaq olmaz”.
Telefonu yataq otağından başqa digər otağa, masa üzərinə və ya dəhlizə qoya bilərsiz.
Yatmazdan əvvəl Bluetooth Wi-Fi söndürülür, telefonu uçuş rejiminə keçirin. Bu zaman cihaz şəbəkədən dalğa tutmur və bədənə də ötürmür”.//bakupost



REKLAM