sehiyye.info

Yeməkdən dərhal sonra yorğunluğun səbəbi

Yeməkdən dərhal sonra yorğunluğun səbəbi
Hazırda əksər insanlar yeməkdən sonra baş sıxılması, yorğunluq, halsızlıq hiss edir.
Almaniyanın Mayns universitetinin alimləri yeməkdən sonra bu halın 2 səbəbini açıqlayıb.
Sehiyye.info xəbər verir ki, ekspertlərin fikrincə, qida qəbulu qan dövranı və enerjini özünə çəkir. Bu zaman daha çox mədə-bağırsağa qan axını baş verir.
Beyinə isə oksigen azalır. Bu da başda sıxılma, duman, yorğunluq, yuxululuq hissi verir.
Digər əsas səbəb isə insulin dirənci – qanda insulinin artıb, qlükozanın kəskin düşməsidir.
Eləcə də preddiabet və diabet xəstələrində yeməkdən sonra ağırlaşma olur.
Amma bir çoxları bunu yeməklərdə, ümumi yorğunluqda görür, yeməkdən sonra şəkərin kəskin qalxıb, kəskin enməsini bir çoxları müayinələrdə belə tapa bilmir.
İnsan hələ diabet olmaya bilər, amma diabet öncəsi vəziyyət yaranıb.
Əgər bu problem vaxtında diaqnoz olunmasa, beyin qan dövranı, yaddaş, göz damarları ilə bağlı problemlər yaşana bilər.
Mümkün olan xəstəliklərdən biri də ürək problemidir, yeməkdən sonra ürək yüklənir, qanı qova bilmir, ritm pozulur.//bakupost



REKLAM