Bu dərmanların təsiri yoxdur: Satışı qadağan ediləcək
ABŞ-da həkimlər "TeraFlyu" və digər buna bənzər dərmanların xəstəliyə təsir etmədiyinə görə bazardan çıxarılmasını tələb ediblər.
Sehiyye.info xəbər verir ki, ABŞ Qida və Dərman İdarəsi (FDA) “Benadryl” preparatının, “Mucinex” bəlğəmgətiricilərinin, həmçinin qrip və soyuqdəymə tozları “Theraflu” və antipiretik dərmanların satışının dayandırılmasını tələb edib.
Bu dərmanlar həkim resepti olmadan da satılır, lakin onların istifadəsi xəstələrin vəziyyətini bir o qədər yaxşılaşdırmır. Florida Universitetinin alimləri 2015-ci ildə FDA-ya fenilefrinin təsdiqlənmiş reseptsiz dərmanlar siyahısından çıxarılması üçün ərizə ilə müraciət ediblər. 2016-cı ildə tənzimləyici sorğuya baxıldığı açıqlandı və “hərtərəfli araşdırma və təhlil” tələb etdiyi üçün sorğuya dəqiq cavab verilmədi.//publika