Dəfnə yarpağı xeyirlidirmi ?
Sidikqovucu, ağrıkəsici, mikrob öldürücü xüsusiyyətlərə malik olan dəfnə yarpağından kosmetik vasitə kimi də istifadə edilir.
Sehiyye.info xəbər verir ki, dəfnə yarpağının suyu ilə duş qəbul etdikdə ağrılar kəsilir, yorğunluq aradan qalxır. Bu bitkidən hazırlanan şampunlar saç tökülməsinin qarşısını alaraq onlara yumşaqlıq və parlaqlıq bəxş edir. Tərkibi dəfnə yarpağından ibarət olan sabunlar dərinin nəmləndirilməsi üçün faydalıdır.
Allergiyaya meyilli şəxslərin və hamilə qadınların dəfnə yarpağından istifadə etməsi tövsiyə olunmur. Göbələk və dəri xəstəlikləri zamanı tövsiyə edilən dəfnə yarpağının zəhərli növləri mövcud olduğundan ondan istifadə edərkən diqqətli olmaq lazımdı.//axsam.az