sehiyye.info

Nişan ləğv edildikdə hədiyyələr qaytarılmalıdır?

Nişan ləğv edildikdə hədiyyələr qaytarılmalıdır?
Sual: Qızla oğlan nişanlanırlar. Hələ kəbin kəsilməyib. Müxtəlif hədiyyələr və qızıl alınır; elə olur ki, qızla oğlan xəlvətdə də qalırlar. Sonra qız tərəfi onların evlənmək məsələsindən vaz keçir. Belə olan halda, alınan hədiyyə və qızıllar qaytarılmalıdır?

Nişan vaxtı verilən hədiyyələr evlənmək məqsədilə verilən hədiyyələrdir. Nişan qaytarılıb evlənmək məqsədi aradan qalxanda verilən hədiyyələr və qızıllar qaytarılır. Amma əgər hədiyyələrdən bəziləri xərclənibsə, başqa sözlə, istehlak və istifadə edilibsə, bunların əvəzini qız tərəfindən istəmək olmaz; artıq xərclənən xərclənib; necə deyərlər, olan olub. Nişandan sonra kəbinsiz olaraq xəlvəti yerdə qalmaq isə günahdır. Hər iki tərəf bundan ötrü tövbə-istiğfar etməlidir.//milli.az



REKLAM