sehiyye.info

Yuxusuzluqdan qorxulu xəstəliyə səbəb ola bilər

Yuxusuzluqdan qorxulu xəstəliyə səbəb ola bilər
Britaniyanın Bristol universitetinin tədqiqatçıları hesab edirlər ki, müntəzəm yuxusuzluq şizofreniyaya səbəb ola bilər. Nevroloqlar eksperiment çərçivəsində yuxu zamanı beynin elektrik fəallığını qeydə alaraq qeyri-müntəzəm yuxunun laboratoriyada gəmiricilərin beyninə təsirini tədqiq ediblər.

Sehoyye.info xəbər verir ki, məlum olub ki, yuxunun pozulması öz ardınca beynin fəallığını dəyişir. Hər şeydən öncə yaddaşın formalaşmasında rol oynayan hippokamlar və qərar qəbul etməkdə cavabdehlik daşıyan alın sümüyü arasındakı məlumatların axını pozulur.

Ekspertlər həmçinin aydınlaşdırıblar ki, yuxudan məhrum olmaq çox hallarda diqqətin bir yerə toplanmasını pisləşdirir və stresin səviyyəsini yüksəldir. Uzun müddət yuxusuzluq şizofreniyanın əlamətləri olan hallusinasiya, yaddaşın itməsi və çaşqınlıq təhlükəsi yaradır. Alimlər güman edirlər ki, müntəzəm yuxusuzluq bu xəstəliyin nəinki nəticəsi, hətta səbəbi ola bilər.



REKLAM