sehiyye.info

Nə qədər yaşayacağınızı gözlərə baxıb bilmək olar

Nə qədər yaşayacağınızı gözlərə baxıb bilmək olar

Alimlər gözlərin vəziyyəti ilə uzun ömürlülük arasında təsiri öyrənib.
5000-dən çox insan yeni elmi tədqiqata qatılıb.
Sehiyye.info xəbər verir ki, həkim Tatyana Zaxarova göz sağlamlığını qorumağın ömrə təsir etdiyini bildirib.
“Elmi araşdırma göstərib ki, katarakla, mirvari suyu və sarı cismin degenerativ dəyişikliyi olan yaşlı insanlar daha tez ölür.
Gözləri sağlam olanların isə ömrü daha uzun olur.
Bu o demək deyil ki, gözündə problem olanlar gözlərinə görə ölür, onlar istənilən digər səbəblərdən həyatını itirə bilər.
Bu adamlar daha çox ürək tutmasından ölür.
Görmə toru arxasına şəffaf olmayan kütlənin yığılması baş verən insanlar digərlərinə nisbətən 41% daha tez ölür.
Bir gözündə görməsi pozulan, katarakta əməliyyatı etdirən insanlarda isə bu rəqəm 36% olub.
Gözlərdə baş verən degenerativ dəyişikliklər ürək-damar problemləri ilə əlaqədardır”.



REKLAM