sehiyye.info

Malyariyaya qarşı dərman hazırlandı

Malyariyaya qarşı dərman hazırlandı
ABŞ-da malyariyaya qarşı ən azı 6 ay qoruma təmin edən dərman hazırlanıb.
Sehiyye.info Bakupost.az a istinadla xəbər verir ki, Milli Səhiyyə İnstitutunun apardığı və "New England Journal of Medicine" jurnalında dərc edilən araşdırmanın nəticələrinə görə, malyariyaya qarşı müvəqqəti qorunma təmin edən dərman hazırlanıb.
Qərbi Afrika ölkələrindən biri olan Malidə aparılan araşdırmada malyariyaya qarşı hazırlanan dərmanın böyüklərdə bir dəfə istifadən sonra ən az 6 ay qoruma təmin etdiyi müəyyən edilib.
330 nəfərin iştirak etdiyi araşdırmada malyariya daşıyıcıları 24 həftə ərzində izlənilib. Təcrübədsə iştirak edən şəxslərə verilən yüksək dozalı dərman 88 faiz, aşağı doza isə 75 faiz təsirli olur.
Malyariyaya qarşı hazırlanmış preparatın xəstəliyin geniş yayıldığı mövsümi fəsillərdə istifadə edilməsi planlaşdırılır.
Qeyd edək ki, dünyanın bir çox yerində hər il yüz minlərlə insanın ölümünə səbəb olan malyariyaya qarşı hazırlanan ilk peyvənd 2019-cu ilin aprelində Malavidə istifadəyə verilib.
Ən ölümcül xəstəliklərdən biri olan və hər 2 dəqiqədən bir uşaq ölümünə səbəb olan malyariya daha çox Afrikada müşahidə edilir.
Parazit ağcaqanadların dişləməsi ilə yayılan və orta hesabla 7 günlük inkubasiya dövründən sonra baş verən malyariya; Qızdırma, titrəmə, tərləmə, baş ağrısı, ürəkbulanma, qusma, əzələ ağrısı, zəiflik kimi qripə bənzər əlamətlərlə özünü göstərir.



REKLAM