sehiyye.info

"Bal qatıqdırsa, polen qaymaqdır"

"Bal qatıqdırsa, polen qaymaqdır"
Bal ən qiymətli, ən faydalı arı məhsulu kimi tanınır. Amma bir çoxlarımız iynəli canlının istehsal etdiyi poleni, bal qədər vacib hesab etmirik. Bəlkə də o qədər də məlumatlı deyilik. Əslində haqqında danışdığmız arı məhsulu baldan 12 dəfə üstündü və xeyrli tərəfləri də çoxdur. Arıların çiçəklərdən toplayıb hazırladığı polen, ürək-qan damar, mədə-bağırsaq və digər xəstəliklərin dərmanı hesab edilir. Az-az arıçının topladığı çiçək tozu əsasən aprelin sonu, may ayının əvvələrində yeşiklərə bərkidilmiş xüsusi qablar vasitəsi ilə yığılır.
Sehiyye.info bildirir ki,arıçı Ceyhun İbrahimov Yeniavaz.com-a bildirir ki, dünya üzrə çiçək tozundan ən çox istifadə edən ölkələr siyahısına Türkiyə liderlik edir: "Polenin ölkəmizdə tanınması və arıçılar tərəfindən toplanması isə son 3-5 ilə təsadüf edir. Bununla belə sözügedən məhsula Azərbaycanda maraq böyükdür və qiyməti baldan çox bahadır. İynəli canlının istehsal etdiyi qiymətli məhsulu, il ərzində 1 dəfə toplamaq mümkündür. Havların qeyri-sabit keçməsi bu il balla yanaşı polenində məhsuldarlığını aşağı salıb".



REKLAM