sehiyye.info

Öd kisəsi və sidik yollarınnınv xalq təbabətilə müalicəsi

Öd kisəsi və sidik yollarınnınv xalq təbabətilə müalicəsi
Öd kisəsi və sidik yollarınnınv xalq təbabətilə müalicəsi evdə etməyi sınaqdan keçirsəz uğurlu nəticə əldə etmək olar.
Sehiyye.info yerli mətbuata istinadən resepti sizə təqdim edir.

Zirənin köklərini və yarpaqlarını xırda-xırda doğ­rayın. Ondan 20 qram götürüb bir stəkan suda 15-20 dəqiqə dəmə qoyun. Bu dəmləmədən gündə axşam və səhər çay ki­mi 2 stəkan için. Bu öd kisəsində daş əmələ gəlməsinin qar­şısını alır və ödyolu xəstəliklərini müalicə edir.
Yaz aylarında gicitkənin təzə yarpaqlarını və körpə zoğlarını ovucun içində duzla ovuşdurub yemək öd kisəsini
təmizləyir. Onu bir həftə hər gün yemək məsləhətdir.
Yaxşı ödqovucu vasitələrdən biri də qarğıdalı saçaq­larıdır. 20 qram qarğıdalı saçağını bir stəkan suya qatıb bir saat qaynadaraq və süzdükdən sonra ondan gündə 4 dəfə, hər dəfədə 2 xörək qaşığı içmək məsləhətdir.

Öd kisəsi və öd yolları xəstəliyində ən güclü təsirə ma­lik bitki yarpızdır. Onun əridici; yuyucu xassəsi vardır. Gün­də bir neçə dəfə yarpız yemək və çay kimi dəmləyib içməklə öd yollarını təmizləmək, öd kisəsini yumaq və daşları ərit­mək olar. Bu müalicəni 1 ay davam etdirmək lazımdır.
Öd kisəsi xəstələyində yarpız dovğası dərman rolunu oynayır. Yayda təzə yarpızdan, qışda isə 200-300 qram qu- rudulmuşundan dovğa bişirtdirərək gündə ara verə-verə bir litr içmək xeyirlidir.
Baldırğanın sorucu xassəsi olduğuna görə ondan dov­ğa bişirtdirmək və gün ərzində bir necə stəkan içməklə öd kisəsi xəstəliyini müalicə etmək olar.
Öd kisəsi xəstəliyi olanlar hər səhər acqarına 3-4 bağayarpağı yarpağı yesələr özlərini yünğül hiss edərlər.
Qurudulmuş əvəliyin 50 qramını xırda-xırda doğrayıb bişirmək və ondan gündə bir dəfə sulu-sulu yemək öd kisə­sindən şikayətlənən xəstələrə xeyirdir.

İtburnu bitkisinin qurudulmuş meyvəsindən 30 qram götürüb 200 qram qaynar suda 15 dəqiqə dəmbəyib 24 saat saxladıqdan sonra sıxıb süzməli və bu cövhərdən gündə 2 dəfə yarım stəkan içməklə öd axarını təmizləmək mümkün­dür.
Öd yolları tutulduqda yer sarmaşığı dəmləməsindən istifadə edilir. Bu bitkidən xırda-xırda doğrayıb 20 qramını 200 qram qaynar suda 15-20 dəqiqə dəmləyəndən sonra gündə bir dəfə bir stəkan içirlər. Bu öd yollarının açılmasına və faəliyyətinin bərpa olunmasına kömək edir.
Öd kisəsinin normal işləməsi üçün vaxtaşırı şaftalı şi­rəsi və albalı kompotu içmək xeyirlidir. Öd kisəsində daş olduqda yeməkdən yarım saat qa­baq bitki yağı içilməlidir. Yarım çay qaşığından başlayıb

yarım çay stəkanına çatdırmaq olar. Müalicə adətən 2 həftədən 3 həftəyə qədər davam edir.
Müalicə dövranda mədə şirəsinin ifrazı azalır. Nəticədə mədədə irinləmənin və xoraların qarşısını alır və eyni za­manda öd kisəsindən daşların cərrahi yolla deyil, öz-özünə sürüşüb düşənəsinə səbəb olur.

Öd kisəsində qum və çirk olduqda toyuğun bir neçə ədəd cinadanmm (pətəyəsinin) iç qabığım soyub çıxardıq­dan sonra qurudub, toz halına salmaq lazımdır. Həmin toz­dan bir xörək qaşığı yarım stəkan qaynanmış suya töküb 8- 10 gün içmək xeyirlidir.
Ödün bədəndən tez xaric olması üçün hər naharda 30-50 qram bitki yağı içmək məsləhətdir.
Sidik yollarının iltihabı zamanı reyhan yarpağından 2 dəstə yığıb qaynadın və süzəndən sonra suyundan 5-6 gün gündə bir dəfə yarım stəkan içmək xeyirlidir.
Sidik kisəsini təmizləmək üçün kəklikotunu, razya- naya qatıb qaynar suda islatdıqdan sonra süzüb gündə bir neçə dəfə bir stəkan içmək məsləhətdir.
Sidik tutularkən xiyar və arpa suyunu doşaba qatıb 15-20 dəqiqə qaynatdıqdan sonra suyunu süzüb bir neçə gün 1-2 stəkan içmək faydalıdır.

Sidik kisəsini təmizləmək üçün gicitgənin toxumunu şirin biyan kökü ilə birlikdə qaynadıb süzün. 5-10 gün müddətində gündə bu sudan bir stəkan içmək xeyirlidir.//tibbibiliklər



REKLAM