sehiyye.info

“Uşaq evin güzgüsüdür”.

“Uşaq evin güzgüsüdür”.


İnsanın ictimai mühitdəki keyfiyyət göstəricisi təhsil və tərbiyədir. Bu amillər də birbaşa valideynlərlə bağlıdır. Bir uşağın ictimai mühitdəki davranışının dəyəri, valideynlərinin ona verdiyi tərbiyəyə əsasən ölçülür. Toplumun qəbul etdiyi etika qaydalarına uyğun davranan uşaq həm valideynlərinin adını təmsil edib, digər insanlar tərəfindən onlara müsbət rəy qazandırır, həm də özündə müsbət rəy formalaşdırıb, aid olduğu toplumun digər nümayəndələrinə bu topluma məxsus dəyərlərin gələcəyə ötürülməsi üçün sağlam fərdlərin mövcudluğu mesajını verir.
Doğulan hər uşaq bir ailənin, bir nəslin, bir tayfanın, bir toplumun həm genlərinin, həm də kültür və mədəniyyətinin həyatda qalma, gələcəyə daşıma təminatçısıdır. Bu səbəbdən biz həm öz övladlarımızı, həm də yaşadığımız toplumda doğulan digər uşaqları çox sevirik. Bəs digər toplumlarda doğulan uşaqlar? Onları da sevməyimizin səbəbi ümumi insan nəslinin, bioloji və sosial populyasiyasının gələcəkdə var olacağına bizdə ümid yaratmalarıdır. Bütün canlıların həyatda ən böyük arzusu yaşamaqdır. Balalar həyatdakı canlılığın gələcək varisləridir Uşaq sevgimizin təmənnasının nə olmasından asılı olmayaraq, məncə bütün dünya dillərində ən şirin söz “bəbə” sözüdür...
Qeyd: Həyatda belə qəribə məqamlar da olur. Bundan öncə “Kulis.az”da yayımlanan “Şəhidliyin sosial mahiyyəti” adlı məqaləmdə belə bir ifadə işlətmişdim: “Zaman və məkan anlayışı bütün proseslərin mərkəzində dayanan əsas amillərdəndir. Mətnin yazıldığı məkan və zaman da mətnin tərkibinə, ruhuna önəmli təsir gösətirir”. Şəhidlik haqqında olan həmin yazımı bir şəhidin otağında, onun yazı masasında yazmışdım. Bu, mətnin məkan amili. Uşaq sevgisinə həsr etdiyim bu yazını isə çoxdan planlaşdırdığım halda, heç cür davam etdirə, bitirə bilmirdim. Bu gün ata oldum. Valideynlik hisslərini varlığımda hiss etməyimlə belə bir məqalə ərsəyə gəldi. Bu da mətnin zaman amili...//kayzen



REKLAM