sehiyye.info

Daha bir ölkədə dərman "terror"u yaşandı: 99 uşaq öldü

Daha bir ölkədə dərman "terror"u yaşandı: 99 uşaq öldü
İndoneziyada bir il ərzində 100-ə yaxın uşağın siroplar səbəbilə öldüyü müəyyən edilib.

Sehiyye.info xəbər verir ki, ölənlərin əksəriyyəti 5 yaşdan kiçik uşaqlar olub.

İndoneziya Səhiyyə Nazirliyi məsələ ilə bağlı bu gün açıqlama yayıb. Bildirilib ki, ölkədə istifadə edilən bəzi maye dərmanlarda eyni kimyəvi komponentlərdən istifadə edilir. Səhiyyə naziri Budi Günadi Sadikin deyib ki, 5 yaşdan kiçik uşaqlara verilən siropların bəzilərinin tərkibində normadan artıq dietilen qlikol və etilen qlikol tapılıb.

İndoneziya rəsmiləri Qambiyada ölümlərə səbəb olan öskürək siroplarının isə ölkədə istifadə edilmədiyini açıqlayıblar.

Epidemioloqlar İndoneziyada dərman səbəbli faktiki ölüm nisbətinin daha yüksək ola biləcəyini söyləyir.

BBC İndoneziyaya danışan Qriffit İnstitutunun epidemioloqu Diki Budiman deyib: "Belə hadisələrdə müşahidə etdiyimiz əslində aysberqin görünən hissəsidir. Daha çox insan təsirlənmiş ola bilər".

Ölümlərə səbəb olan dərmanların adları və firmaları açıqlanmayıb. Hələlik ölkədə maye halındakı bütün dərmanların satışı dayandırılıb.

Xatırladaq ki, ötən həftələrdə öskürək siropunun Qambiyada 70 uşağın ölümünə səbəb olduğu anlaşılıb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, Hindistan əczaçılıq şirkəti tərəfindən istehsal edilən həmin siropların tərkibində dietilen qlikol və etilen qlikol "qəbuledilməz səviyyədə" olub. ÜST rəsmiləri bildiriblər ki, bu siroplar böyrəkləri zədələyərək kəskin böyrək çatışmazlığına səbəb olur.//gundem..az



REKLAM