sehiyye.info

Xəstəliyinizi bilmək üçün - Hər bir insanın verməli olduğu 7 ANALİZ

Xəstəliyinizi bilmək üçün - Hər bir insanın verməli olduğu 7 ANALİZ
İnsan hansı sağlamlıq problemlərinin olduğunu bilmək üçün müəyyən analizlər vermək ən yaxşı yoldur.
Sehiyye.info fins.aza istinadən sizə hər bir insanın verməli olduğu analizləri təqdim edir:
Ürək-damar sistemi xəstəlikləri
Analiz: qanın ümumi və biokimyəvi analizi.
Vaxtı: ildə 2 dəfə
Vacib göstəricilər: qanda xolesterinin səviyyəsi yüksək olduqda ateroskleroz və işemik ürək xəstəliklərinin yaranmasından xəbər verir.
Tromboz
Analiz: koaquloqramma. Bu analiz qanın qatılığı, laxtalanması, qanaxma və tromb əmələ gəlməsi barədə bir sıra məlumatlar verir.
Vaxtı: ildə 1 dəfə
Şəkərli diabet
Analiz: barmaqdan şəkərin ölçülməsi üçün qan analizi.
Vaxtı: ildə 2 dəfə
Qanda qlükozanın norması 3,3-5,5 mmol/l olmalıdır.
Onkologiya
Xərçəngin erkən mərhələdə müəyyən edilməsi üçün bir neçə test mövcuddur.
Vaxtı: 40 yaşdan sonra 2 ildən bir onkoloji analiz vermək lazımdır.
Düz bağırsağın xərçəngi
Analiz: nəcisin analizi
Nəcisdə qan aşkarlanması mədə-bağırsaq traktında müşahidə edilən onkoloji xəstəlik nəticəsində baş verən gizli qanaxmadan xəbər verir.
Uşaqlıq ağzının xərçəngi
Analiz: uşaqlığın sitoloji yaxması.
Bu analiz ginekoloji müayinə zamanı götürülür. Uşaqlıq ağzında yerləşən selikli qişada baş verən dəyişiklikləri aşkarlamağa imkan verir.
Leykoz (qan xərçəngi)
Analiz: qanın ümumi analizi
Leykoz zamanı limfositlərin sayı azalır. Trombositlərin səviyyəsi isə aşağı düşür.



REKLAM