sehiyye.info

Səhər yeməyindən imtina etmək təhlükəlidir

Səhər yeməyindən imtina etmək təhlükəlidir

Səhər yeməyindən imtina etmək insan orqanizmi üçün təhlükəlidir.

Sehiyye.info Milli.Az.az-a istinadən bildirir ki, Amerika Kardioloqlar Cəmiyyətinin məsələ ilə bağlı tədqiqatı elmi jurnalda dərc edilib. Məlum olub ki, səhər yeməyindən imtina etmək ürək-damar sistemi xəstəliklərindən ölmə riskini artırır.

Mütəxəssislər "National Health and Nutrition Examination Survey"in hesabatlarını incələyiblər. Bu sorğularda yaşı 40-75 arası dəyişən 6500 insan iştirak edib. Məlumatlar 1988-1994-cü illəri əhatə edir.

Məlum olub ki, uzun müddət səhər yeməyindən imtina edən insanlarda piylənmə riski artır, xolesterin miqdarı, qan təzyiqi artır, şəkər xəstəliyinə yoluxurlar. Bu faktorlar isə ilk növbədə ürək-damar sistemi xəstəlikləri ilə nəticələnir.



REKLAM