sehiyye.info

Üç ayda ölkəyə 2728 ton əczaçılıq məhsulları idxal edilib

Üç ayda ölkəyə 2728 ton əczaçılıq məhsulları idxal edilib
Yanvar-mart aylarında Azərbaycana 2 min 728 ton əczaçılıq məhsulları idxal olunub.

Sehiyye.info AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

Üç ayda idxal edilən əczaçılıq məhsullarının dəyəri 56 milyon 115 min ABŞ dolları təşkil edib.

Ötən ilin müvafiq dövründə Azərbaycana dəyəri 56 milyon 843 min dollar olmaqla 2 min 887 ton əczaçılıq məhsulları idxal edilmişdi.



REKLAM