sehiyye.info

Sumqayıtda doğuş zamanı körpə tələf olub.

Sumqayıtda doğuş zamanı körpə tələf olub.
Sehiyye.info bildirir ki,Sumqayıt şəhər Səhiyyə Şöbəsinin müdir əvəzi Səkinə Sadıxova Oxu.Az-a açıqlamasında faktla bağlı araşdırma aparıldığını deyib:

“Hadisə dünən axşam saatlarında baş verib. Vəziyyətlə bağlı qadının yaxınları həkimlərlə mübahisə etdiyi üçün hüquq-mühafizə orqanlarına məlumat verilib. Onlar körpənin ölüm səbəbini dəqiqləşdirmək məqsədilə meyiti tibbi ekspertizaya göndəriblər.

Yekun nəticə söyləmək üçün ekspertizanın cavabını gözləmək lazımdır. Yalnız o zaman körpənin ölüm səbəbi haqqında məlumat vermək mümkündür”.



REKLAM