sehiyye.info

Abşeronda stomatologiyanın aktual məsələlərinə həsr olunan səyyari kurs keçirilib

Abşeronda stomatologiyanın aktual məsələlərinə həsr olunan səyyari kurs keçirilib
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrası Abşeron Mərkəzi Rayon Xəstəxanasında "Stomatologiyanın aktual məsələləri" mövzusunda səyyari kurs keçirib.

Sehiyye/info bildirir ki,İnstitutdan AZƏRTAC-a verilən məlumata görə, on gün davam edən kursun əsas məqsədi Abşeron rayonunda çalışan stomatoloqların stomatologiya və üz-çənə cərrahiyyəsi sahəsində praktik bacarıqlarının təkmilləşdirilməsindən ibarət olub.

İnstitutun stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının müdiri, professor Oqtay Seyidbəyovun rəhbərliyi ilə kafedranın professor-müəllim heyəti tərəfindən aparılan kurs zamanı həkimlərə stomatologiya və üz-çənə cərrahiyyəsinin aktual məsələləri haqqında geniş məlumat verilib, qarşıya çıxan çətinliklərin aradan qaldırılması yolları göstərilib.



REKLAM