sehiyye.info

Taksidə siqaret çəkənlər cərimə olunacaqlar

Taksidə siqaret çəkənlər cərimə olunacaqlar
Ölkəmizdə ictimai yerlərdə siqaret çəkməyə yol verilmir. Qanun layihəsinə görə təhsil və tərbiyə, səhiyyə-reabilitasiya və sanatoriya-kurort müəssisələri, onların əraziləri, iş yerləri, idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi zallar, restoran, kafe və barlar daxil olmaqla ictimai-iaşə obyektləri və digər yerlərdə siqaret çəkmək qadağan edilib. Həmin ərazilərdə açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla ictimai yerlərdə siqaret çəkilməsinə icazə verilmir. Adı çəkilən yerlər müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən olunacaq.

Sehiyye.info xəbər verir ki,AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin 2019-cu il aprelin 15-də imzaladığı Fərmanla “Yol Hərəkəti haqqında” Qanuna edilən dəyişikliklərdən sonra isə taksidə siqaretdən istifadə edənlərin cərimələnməsi və məsuliyyətə cəlb olunası məsələsi də öz əksini tapıb. Artıq dəyişiklik qüvvəyə minib və tətbiq olunmağa başlayır.

Taksidə siqaret çəkənlərin cərimələnməsi mexanizmi də təsdiq edilib. Yeni qanuna əsasən Daxili İşlər Nazirliyinin, yol-patrul xidmətinin əməkdaşları siqaret çəkənləri aşkarlayaraq cərimə edəcəklər.

Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin idarə rəisi Əziz Baqişev bu barədə məlumat verərkən deyib: “İlkin olaraq ictimai iaşə obyektlərinin sahibləri, məsul işçiləri, eləcə də icarədarları ilə izahedici söhbətlər aparılacaq, qanunvericiliyin tələbləri və polisə verilən səlahiyyətlər onlara izah olunacaq və öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun təşkil etmək məqsədilə vaxt veriləcək. Məhz həmin müddətdən sonra qanunvericiliyin tələblərini pozanlar inzibati məsuliyyətə cəlb olunacaqlar.

Taksi minik avtomobillərində də tütün çəkməyə görə cərimə nəzərdə tutulur. Həmin hallara qarşı yaxın günlərdən tədbirlər görülməyə başlanılacaq”.

Mütəxəssislər bildirirlər ki, siqaret çəkilməsi hallarının azaldılması üçün təkcə cərimələr yox, həm də ictimai qınaq səmərəli vasitədir. Siqaretin tərkibində 7 min kimyəvi maddə var, onlardan 250-si sağlamlıq üçün təhlükəli, 81-i isə birbaşa xərçəngə səbəb olur.

İnsanları siqaret çəkmək vərdişindən uzaqlaşdırmaq üçün ölkə üzrə mütəmadi maarifləndirmə işləri aparılır. Məqsəd ölkəmizdə siqaret çəkənlərin sayını 2020-ci ilə kimi 10 faizə qədər azaltmadan ibarətdir.



REKLAM