sehiyye.info

Bakıda valideyn uşağını xəstəxanalıq etdi

Bakıda valideyn uşağını xəstəxanalıq etdi
Bakının Yasamal rayonu ərazisində yerləşən 158 saylı tam orta məktəbdə təhsil alan şagirdlərdən biri valideyn zorakılığı nəticəsində xəstəxanaya yerləşdirilib.

Sehiyye.info xəbər verir ki, məktəbdən "Report"a verilən məlumata görə, bir nəfər ibtidai sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) 15.04.2019-cu il tarixdə müəllimlərdən birinə müraciət edərək ayaqlarının ağrıdığını bildirib.

Şagirdin bədəninə baxış keçirilən zaman müəyyən edilib ki, onun hər iki ayağının yuxarı nahiyəsində çoxsaylı göyərmələr var. Uşaqla aidiyyəti şəxslərin iştirakı ilə söhbət aparılıb. Uşaq bildirib ki, evdə atası tərəfindən döyülüb və bu səbəbdən xəsarətlər alıb.

Uşağın müayinəsi məqsədilə təcili-tibbi yardıma müraciət olunmuş və azyaşlı xəstəxanada həkim nəzarətindən keçirilib.

Operativ olaraq faktın araşdırılması və zəruri qanuni tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanlarına və Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyaya müraciət olunub.

Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən müvafiq qaydada araşdırma aparılır.



REKLAM