sehiyye.info

Bu gün səhiyyə işçilərinin peşə bayramıdır.

Bu gün səhiyyə işçilərinin peşə bayramıdır.
Hər il lyunun 17-si Azərbaycanda tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
Sehiyye.info xəbər verir ki,bu gün səhiyyə işçilərinin peşə bayramıdır.
Məlumat üçün bildirək ki, Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il 17 iyun tarixli sərəncamı ilə Səhiyyə Nazirliyi təşkil olunub. İlk səhiyyə naziri 1903-cü ildə Xarkov Universitetinin tibb fakültəsini bitirmiş, ixtisasca cərrah olan Xudadat bəy Rəfibəyov təyin edilib. Ümummilli lider Heydər Əliyevin 2001-ci il 4 iyun tarixli Sərəncamına əsasən, iyunun 17-si ölkədə Səhiyyə İşçiləri Günü kimi qeyd olunur. Prezident İlham Əliyevin həkimlərin əməyinə verdiyi qiymət onlara göstərilən yüksək diqqətin bariz nümunəsidir.

Bütün tibb işçilərini peşə bayramları münasibətilə təbrik edirik.



REKLAM