sehiyye.info

“İşçilərə peyvənddən sonra bir gün istirahət verilməlidir” - TƏKLİF

“İşçilərə peyvənddən sonra bir gün istirahət verilməlidir” - TƏKLİF

“Peyvənd olunanlara bir gün istirahət verilməlidir və bunu düzgün hesab edirəm”.

Sehiyye.info Lent.az a istinadən xəbər verir ki, bu təkliflə Çelyabinsk Qubernatoru Aleksey Teksler çıxış edib.

O bildirib ki, bəzi vətəndaşlar peyvənddən sonrakı ilk günün çətin olacağından narahatdırlar və bu səbəbdən onlara növbəti gün evdə qalma fürsəti verilməlidir:
“Belə bir qərar işəgötürənlər tərəfindən verilə bilər. Bununla bağlı bölgədə fəaliyyət göstərən sənaye müəssisələrinə və Sahibkarlar İttifaqına müraciət edilib”.



REKLAM