sehiyye.info

Gözdən əngəllilər üçün MÖHTƏŞƏM İXTİRA: Heç kimə möhtac qalmayacaqlar

Gözdən əngəllilər üçün MÖHTƏŞƏM İXTİRA: Heç kimə möhtac qalmayacaqlar
Yaponiyada gözdən əngəllilər üçün elektron mexanizm hazırlanıb.

Sehiyye.info xarici KİV-ə istibadla xəbər verir ki, ayaqqabıya taxılan mexanizm gözdən əlillərin heç kimə ehtiyac olmadan istədikləri yerə getmələrini təmin edir.

Yaponiyada bir sahibkar yol qəzasında görmə əngəlli qohumunu itirir. Bu hadisədən sonra təşəbbüskar gözdən əlillərin kimsənin köməyi olmadan yollarını necə tapa biləcəyi üzərində işləyir və ayaqqabılara yerləşdirilən elektron bir mexanizm inkişaf etdirir.

Görmə əngəlli elektron cihaza hara gedəcəyini söyləyir və ayaqqabısına taxıb yola çıxır. Mexanizm görmə məhdudiyyəti olan insana ayaqlarına verdiyi titrəmələrlə rəhbərlik edir və səhv istiqamətə gedərkən xəbərdarlıq edir.

Qeyd edək ki, Yaponiyanın Oftalmologiya Cəmiyyəti ölkədə zəif görən insanların sayının 2030-cu ilə qədər 2 milyona çatacağını təxmin edir.//publika



REKLAM