sehiyye.info

Ən tez və rahat nahar-dönər.Yeyəkmi,yeməyəkmi ?

Ən tez və rahat nahar-dönər.Yeyəkmi,yeməyəkmi ?
Azərbaycanda hazırlanan dönərlərin əksəriyyəti insan orqanizmi üçün həddindən artıq təhlükəlidir.

Sehiyye.infobildirir ki, Azərbaycanda satılan dönərlərin 85 faizi insan sağlamlığı üçün təhlükəlidir: “Mərkəzi Avropa ölkələrində dönərlər “tezbazar” deyil, oturaq yemək kimi qəbul olunur

Dönərxanaların gigiyenik qaydalara riayət etməsi səviyyəsi çox aşağıdır. Dönərxanalarda işləyən işçilərin tibbi yoxlanışı aparılmır.
Bütün bunlara baxmayaraq insanlar ucuz və tezbazar yemək olaraq dönərə üstünlük verir.Yeməkxanalarda qiymətlərin yüksək olması,vaxt azlığı dönər yeməyi vadar edir.Bu isə insan sağlamlığına zərərlidir.Təsəvvür edin ki,gün altında qalan toyuq əti qaz sobasının qarşısında saatlarla qalır və bəzi hallarda hazırlanmış ət satılıb qurtarmır .Səhər yenidən qaz sobasının önündə qızdırılır.
Qastroenteroloqlar qeyd edir ki,dönərlər ümumiyyətlə mədəyə ziyanlıdır və bu yeməkdən istifadə olunmaması məsləhətdir: "Birincisi, dönərlərin hazırlanması prosesində nöqsanlar var. İkincisi isə dönərin özü mədə və bağırsaq xəstəlikləri yaradır. Çünki dönər hazırlanarkən ət bişmir, qızarır, içərisi çiy qalır. Bu da birbaşa mədə və bağırsaq xəstəlikləri yaradır. Dönər mədə-bağırsaqla yanaşı, qaraciyər və mədəaltı vəziyə də ziyanlıdır. Dönərin yağlı olması, eləcə də ona vurulan mayonez və ketçup birbaşa mədəyə ziyanlıdır. Dönər bişilərkən qızardılan qat birbaşa mədə və bağırsağa ziyanlı təsir göstərir".



REKLAM