sehiyye.info

"Bizdə çəkisi çox olan xanımlar ailə qura bilmir"

"Bizdə çəkisi çox olan xanımlar ailə qura bilmir"
Aktrisa Xuraman Əlizadə ailəsi ilə bağlı açıqlama verib.

Sehiyye.info axşam.az-a istinadən xəbər verir ki, "Xəbər-ətər" verilişinin qonağı olan sənətçi "Niyə ailə həyatınız, həyat yoldaşınız bu qədər maraqlıdır" sualına belə cavab verib:

"Romantik insan deyiləm, realistəm. Nə var odur. Yoldaşım Xuraman desin, sevsin bəsdir. Ərim qısqanc deyil, ətrafım bilir. Amma müəyyən məqamlar olur ki, qısqanır. Mənim ailəm niyə maraqlıdır bilmirəm. Bunu bir dəfə də demişəm, bəlkə də çəkimə görədir. Bizdə çəkili olan xanımlar ailə qura bilmir. Qarşı tərəf deyir ki, gedib 150 kiloqramlıq qız alım?".



REKLAM