sehiyye.info

Sabunun kimyəvi tərkibindən çox şey asılıdır

Sabunun kimyəvi tərkibindən çox şey asılıdır
Sabun lap qədim zamanlardan heyvani yağlar və bitki küllərindən hazırlanıb. Həmin ənənənin əsasının Britaniyada yaşayan Ker tayfalarının qoyduğu deyilir.

Sehiyye.info AZƏRTAC a istinadla xəbər verir ki, ilk sabunlar heyvan yağları ilə müxtəlif maddələrin qarışığından əldə olunub. Sabun həyatımızda təmizliyin böyük bir parçası olan kimyəvi məhsuldur. O yağ turşusunun duzundan alınır. İstehsal prosesində yağın miqdarının nizamlanması vacibdir, əks təqdirdə dəriyə ziyanlı təsiri dəyə bilər.

Müasir sabunlar müxtəlif tərkibdə istehsal olunur. Hazırda antibakterioloji və bitki mənşəli sabunlar isə daha çox istifadə edilir.

Normal dəri üzərində ölü dəri hüceyrələri, qurumuş tər, müxtəlif bakteriyalar, yağlı ifrazatlar və toz var. Sabunun əsas xüsusiyyətləri isə mexaniki olaraq dəri üzərində onların təmizlənməsini təmin etməkdir. Mütəxəssislər bildirirlər ki, sabun alarkən mütləq onun kimyəvi tərkibinə diqqət yetirmək lazımdır. 72 faizli məişət sabunu tərkib etibarı ilə daha zərərsizdir. Dərini gənc və təravətli saxlamaq istəyənlər həftədə iki dəfə həmin sabunla əl-üzlərini yumalıdırlar. Məişət sabunu üz dərisini müxtəlif bakteriya və göbələklərdən təmizləməyə də qadirdir.

Sabun alarkən onun saxlanma şəraiti, istehsal tarixi və istifadə müddətinə də fikir vermək lazımdır. Sabunun saxlama müddəti nə qədər çoxdursa, onun ətri daha zərif, köpüyü daha çox olur və dəriyə qıcıqlanma vermir.



REKLAM