sehiyye.info

Bakıda 7 saylı qadın məsləhətxanasında nələr baş verir.

Bakıda 7 saylı qadın məsləhətxanasında nələr baş verir.
Respublika səhoiyyəsində son günlər baş verən hadisələr,Prokurorluq orqanlarının yoxlamaları,həbslər onu deməyə əsas verir ki,səhiyyə sistemində hələ də neqativ hallar və qanun pozuntuları mövcuddur.
Sehiyye.info xəbər verir ki,Bakı şəhəri Nərimanov rayonunda yerləşən 7 saylı qadın məsləhətxanasında xoşagəlməz hallarla bağlı redaksiyamıza müracət olunub.Vətəndaşları qəbul olunmasında problemlər yaranıb.Ödənişli qəbul zamanı vətəndaş həkim tərəfindən əlavə ödəniş etməyə məcbur edilir.USM üçün 20 AZN ödəmək lazımdır,həkimə 20 AZN və bundan əlavə arayış üçün 5 AZN ödəməlisən.
Hazırda poliklinikanın baş həkimi İradə Vəzirovadır.Müəssisə rəhbəri ilə əlaqə saxlamaq istəsək də telefonlara cavab verən olmadı.
Gün ərzində məsələyə aydınlıq gətirmək üçün müəssisə rəhbərinin mövqeyini bildirəcəyik.



REKLAM