sehiyye.info

8 xəfiyyə heyvan

8 xəfiyyə heyvan
1.Britaniya nazirinin pişiyi
Böyük Britaniyanln maliyyə naziri olan Corc Osbornun Freya adlı pişiyinin Çinin xeyrinə xəfiyyəlik etdiyindən şübhələnirdilər.

2009-cu ildə Osborn müxalif siyasətçi olan zaman Freya yox olur. Onu 2011-ci ildə, sahibinin Dauninq-stritə köçdüyündən sonar tapırlar.

Bəziləri ehtimal edir ki, bu zaman ərzində pişiyi əhilləşdiriblər və hətta dərisinin altına qulaqasma cihazları yeridilib.

2. Nəhəng çərkəz

8 xəfiyyə heyvan
2016-cı ilin yanvarında Livanın ərazisində yerləşən Bint-Cubayl yaxınlığında nəhəng çərkəz aşkar edilib.

Yerli sakinləri quşun ölçüləri ilə birgə quyruğunda trekerin olması narahat edib.

Çərkəzi az qala İsrailin xeyrinə şpionluqda mühakimə edəcəkdilər.

Məlum olub ki, bu treker çərkəzlərin sayını artırmağa məqsədlənmiş elmi proqramın bir hissəsidir.

3. Şahin
2013-cü ildə Hindistan və Pakistan sərhədində ölmüş şahin aşkar edilir. Hindistan höküməti hesab edir ki, o Paksitan tərəfinin kəşfiyyatçısıdır.

Lakin daha geniş araşdırma nəticəsində məlum olub ki, quşun üzərində olan kamera çox keyfiyyətsiz olub.

4. Mossadın akula xəfiyyələri
8 xəfiyyə heyvan

2010-cu ildə Misirin Şarm-əl-Şeyx kurortunda akulalar bir neçə dəfə turistlərə hücum etdikdən sonra yerli mətbuat belə bir iddiayla çıxış edib ki, bu hadisələr Mossadın işidir.

Onların fikrincə İsrail kəşfiyyatı balıqları qəsdən məşq etdirərək bu vasitə ilə Misirin turizm biznesini çökdürmək niyyəti daşıyırmış.

5. Meymun
8 xəfiyyə heyvan

Napoleon müharibələri zamanı Böyük Britaniyanın şimal-şərqində yerləşən hartpul kəndinin yaxınlığında fransız gəmisi batır.

Yerli sakinlər gəminin qalıqlarını baxmaq istəyərkən, taxta qırıqlarının üzərində fransız mundirinin kopiyasını geymiş meymunu görürlər.

Bundan əvvəl fransız görməyən kəndlilər meymunu fransız kəşfiyyatçısı sayıb onu mühakimı edirlər. Meymun isə danışmadıqda onu asaraq edam ediblər.

6. Dələlər

8 xəfiyyə heyvan
2007-ci ildə “İRNA” agentliyinin məlumatına əsasən İran sərhəddində 14 xəfiyyə dələ saxlanılır. Bütün dələlərin üzərində xəfiyyə avadanlıqları olub və onlar iki həftə ərzində Britaniyanın xeyrinə işləyirmişlər. Yeri gəlmişkən Britaniya tərəfi bu iddianı rədd etmişdi.

7. Delfin
8 xəfiyyə heyvan

2015-ci ilin avqustun 20-də Qəzzada İsrail xəfiyyəsi saxlanılır. Nə qədər də təəcüblü olsa, söhbət delfinfən gedir. “HƏMAS” hərəkatının iddiasına görə delfin hərbi təlimləri müşahidə edirmiş.

8. Leylək/qu quşu
8 xəfiyyə heyvan


2013-cü ildə misirli balıqçılar qu quşunu zərərsizləşdirir. Lakin sonra məlum olur ki, bu qu quşu yox, leyləkdir. Quş Fransaya xəfiyyəlik etməkdə ittiham olunur.

Buna leyləyin sinəsinə həkk edilmiş cihaz səbəb olur. Lakin sonra məlum olur ki, bu avadanlıq sırf elmi məlumatlar əldə etmək üçün istifadə edilir.



REKLAM