sehiyye.info

Bill Qeyts yenə milyonlarla insanın öləcəyini dedi: “Daha 2 böyük təhükə yaxınlaşır”

Bill Qeyts yenə milyonlarla insanın öləcəyini dedi: “Daha 2 böyük təhükə yaxınlaşır”
“Bəşəriyyət yaxın zamanda daha ölümcül bəlalarla üz-üzə qalacaq”.

Sehiyye.info xəbər verir ki, bunu milyarder Bill Qeyts deyib.

O bildirib ki, belə təhlükələrdən biri kilmat dəyişikliyidir.

“Qlobal istiləşmə nəticəsində hər il ölü sayı artacaq, həlak olanların sayı hətta koronavirus və digər pandemiyalardan da çox ola bilər", -deyə milyarder xəbərdarlıq edib.

İkinci böyük təhlükə olaraq Bill Qeyts bioterrorizmi göstərib: "Kimsə bəşəriyyətə böyük masştablı ziyan vurmaq istəsə, yeni ölümcül virus yarada bilər. Nəticə isə faciəvi olacaq".

Xatırladaq ki, "Microsoft"un qurucusu olan milyarder bundan əvvəl də dəfələrlə bu qəbildən olan açıqlamalarla gündəmə gəlib. Bildirib ki, dünyada milyonlarla insanı müharibə yox, yoluxucu virus öldürəcək.



REKLAM