sehiyye.info

Kişilərin də uşaq doğa bilməsinə az qaldı – ALİMLƏR

Kişilərin də uşaq doğa bilməsinə az qaldı – ALİMLƏR
Uzun müddətdir kişi cinsindən olan insanların da uşaq doğma qabiliyyətinin olması və bunun mümkünlüyü barədə elmi araşdırmalar gedir.

Alimlər bu mövzu ilə bağlı sensasion açıqlama verib. "Kişilər istəsələr, günü sabah da doğa bilərlər"

Sehiyye.info medicina.az-a istinadən bildirir ki, bu sözləri Amerika reproduktiv səhiyyə cəmiyyətinin sədri Riçard Polson deyib.

Onun sözlərinə görə, hazırda orqan transplantologiyası çox yaxşı inkişaf edib. Kişiyə qadın uşaqlıq orqanı köçürülə bilər. Bu metod hazırda uşaqlığı olmayan, travma nəticəsində itirilən qadınlara tətbiq edilir.

"Əgər kişi istəyərsə, günü sabah uşaqlıq orqanı əməliyyatı etdilə bilər. Bu proseduru mümkünsüz edən heç bir səbəb yoxdur. Düzdür, bəzi çətinliklər var, amma sağlam gənc kişi üçün bu mümkündür.

10 il sonra bu əməliyyatı etdirəcək kişilərin sayı artacaq. Çünki dünyada transgenderlərin sayı artır.
Amma kişilər uşağı təbii yolla yox, keysəriyyə ilə dünyaya gətirə biləcək.

Hamiləliyin baş tutması üçünsə hormonal terapiyadan keçməlidir".

Bu günə kimi 11 nəfərə uşaqlıq orqanı köçürülüb.

Bu il Britaniya ÜST-ə hamilə qadın terminini hamilə insan sözü ilə əvəz etmək təklifi göndərib.



REKLAM