sehiyye.info

Kişilər qoltuqaltını qırxmalıdır, yoxsa yox?

Kişilər qoltuqaltını qırxmalıdır, yoxsa yox?
Kişi bədəninin tüklü olması (testosteron nəticəsi) fizioloji müstəfidə qadınları cəlb edir.

Biologiya və insan təkamülü üzrə professor Daniyel Liberman qeyd edir ki, qoltuq altında çıxan tüklər potensiyal partnyoru cəlb etmək üçün qoxunu saxlamağı nəzərdə tuturmuş. Məhz burada seksual siqnalizasiya üçün istifadə edilən apokrin tər vəzləri yerləşir.

Lakin zaman və istəklər dəyişir. Günümüzdə şüşə kimi hamar bədən dəbdədir. Bəs yaxşı kişi qoltuqaltını qırxmalıdır, ya yox?

Tibb nə deyir
Qoltuqaltı təbii bədən temperatoru requlyatorudur.

Bu tərləməklə baş verir. Bu zonada bitən tüklər filtr rolunu oynayır və zərərli bakteriyaların orqanizmə müdaxilə etməsinin, limf vəzlərinə tozun hopmasının və maye itkisinin qarşısını alır. Digər tərəfdən isə tüklər çox uzandıqda qoltuqlatında nəmişlik yaranır.

Bildiyimiz kimi, nəm mühit mikrobların çoxalması ümün ən münbit şəraitdir.

Bundan əlavə, tüklü qoltuqaltılar, qırxılmışlardan daha çox tərləyir. Bakteriyaların təsiri altında həll olunan tər isə bildiyimiz o pis qoxiya səbəb olur.

Nə etmək lazımdır? İlk növbədə dərinin vəziyyəti, allergik və ya dermatoloji xəsəliklərin olması, tüklərin qırxılmasına reaksiya kimi fərdi göstəricilərə nəzər yetirmək lazımdır. Əgər qeyd edilən problemlər varsa, tükləri qayçı vasitəsi ilə sadəcə qısaltmaq və qoltuqaltıların vəziyyətini nəzarətdə saxlamaq məqsədə uyğundur.

Qadınlar nə düşünür
Araşdırmaların nəticəsinə əsasən, kişilərin qırxılmış qoltuqaltıların qoxusu qadınlar üçün daha cəlbedicidir. Məsələ ondandır ki, tədqiqat zamanı qadınlar nəyi iylədiklərini bilmirdilər, lakin onların əksəriyyəti qırxılmamış qoltuqaltı qoxusunu bəyənməyib.

Alimlər qeyd edir ki, biz təkamülün davam etdiyinin şahidiyik. Qadınlar artıq zəifləmiş kişi qoxularını və ya süni ətirləri daha cəlbedici saymağa başlayır.//gent.az



REKLAM