sehiyye.info

Özünü süni şəkildə qaraltmaq istədi - BU HALA DÜŞDÜ - FOTO

Özünü süni şəkildə qaraltmaq istədi - BU HALA DÜŞDÜ - FOTO
Süni qaralma prosedurunu sərxoş həyata keçirən qadın bu addımın acı nəticəsini sosial şəbəkədə paylaşdıqdan sonra məşhurlaşıb.

Sehiyye.info Oxu.az-a istinadən bildirir ki, bu barədə "The Sun" xəbər verib.

Sosial şəbəkə istifadəçisi Amberin sözlərinə görə, qonaqlıqdan sonra evə gəlib və səhər "qızıl ilahə" kimi oyanmaq üçün süni qaraldan vasitədən istifadə edib. Lakin yatanda vasitəni yumağı unudub.

Ertəsi gün isə onun bədəni ləkələrlə örtülüb, dərisi isə torpaq rəngi alıb.

Paylaşım az müddətdə sosial şəbəkədə virus kimi yayılıb, videoya yüz minlərlə baxış olub. İstifadəçilər hadisəni gülüşlə qarşılayaraq, onların da başına belə şeylərin gəldiyini bildiriblər.
Özünü süni şəkildə qaraltmaq istədi - BU HALA DÜŞDÜ - FOTOÖzünü süni şəkildə qaraltmaq istədi - BU HALA DÜŞDÜ - FOTO



REKLAM