sehiyye.info

COVID-19 peyvəndi üçün pivə təklifi.

 COVID-19 peyvəndi üçün pivə təklifi.
ABŞ-ın Nyu-Cersi ştatının qubernatoru Fil Merfi bildirib ki, ştatın koronavirusdan peyvənd olunan hər bir sakini pulsuz pivə qədəhi ala biləcək.

Sehiyye.info xəbər verir ki, bu barədə o özünün tvitterdəki səhifəsindəki mətbuat konfransının gedişatında bildirib.

"Nyu-Cersinin may ərzində vaksinin birinci dozasını alan və bunu təsdiq edən sənədi gətirən hər bir sakini pulsuz pivə alacaq”, - Merfi bildirib.

Yerli qanunvericiliyə görə, aksiyada ancaq yaşı 21-dən çox olan vətəndaşlar iştirak edə biləcəklər. Ştat hökuməti peyvənd olunacaq vətəndaşların sayını növbəti ayın sonuna kimi 4,7 milyon nəfərə çatdırmağı planlaşdırır. Bu günə kimi Nyu-Cersinin 3,2 milyon nəfərdən çox sakini peyvənd olunublar.//report



REKLAM