sehiyye.info

Bir insanda eyni vaxtda 3-5 koronavirus ştammı - Ola bilər

Bir insanda eyni vaxtda 3-5 koronavirus ştammı - Ola bilər
Alimlərin sözlərinə görə, pandemiyanı artıq koronavirusun mutasiyaya uğrayan növləri davam etdirir.

Ekspertlər epidemiyanın qarşısını almaq üçün mutasiyaya uğrayan hər bir növün müəyyən edilərək aşkara çıxarılmasının vacibliyini irəli sürüblər.

Koronavirus "Böyük Britaniya, Braziliya və Cənubi Afrika ştammları" formasında yayılsa da, elm adamları bu araşdırmalarda müəyyən çatışmazlıqlar olduğunu bildiriblər.

Sadəcə, Böyük Britaniya ştammının özündə daha 25, Cənubi Afrika ştammında isə 21 növdə mutasiyaya uğrayan virus aşkarlanıb.

56 xəstə üzərində aparılan araşdırmalardan sonra ümumilikdə onlarda 243 fərqli növdə mutasiyaya uğrayan koronavirus aşkar edilib./Medicina.az



REKLAM