sehiyye.info

"Səhv müalicə etdi deyə, vəziyyəti pisləşdi" - Xatirə

"Səhv müalicə etdi deyə, vəziyyəti pisləşdi" - Xatirə
"Fəxrəddin özü müalicə aparmışdı, ona görə pis gündə idi. Ona görə narahat idik. Məndə ağır keçmədi".

Sehiyye.info xəbər verir ki, bu sözləri müğənni Xatirə İslam deyib. "Bizimləsən" proqramının virtual qonağı olan sənətçi koronavirusa yoluxmasından danışıb. O bildirib ki, həyat yoldaşı Fəxrəddin xəstəliyi daha ağır keçirib:

"Hələ də fəsadları var, öskürürəm. Fəxrəddin deyir ki, elə bil başqa planetdən gəlmişəm. Heç nə mənə maraqlı deyil. Kompüterin qarşısında oturur, nə edəcəyini bilmir. Xəstəxanadan çıxandan qəribəyəm. Nəsə yemək istəyirəm, yeyəndə görürəm yox, istədiyim bu deyil. İnsan qəribə və fərqli olur.

Həyat yoldaşımda qanda oksigenin miqdarı düşmüşdü. Ağlaya-ağlaya Zaura (aparıcı Zaur Baxşəliyev - red.) zəng etdim. Dedim ki, axşama artıq vəziyyəti daha da pisləşə bilər, nə edim. Hələ evdə oturmuşuq, 14 gün karantindəyik.

Qarnından qan duraldan iynə vurulmalıdır. Fəxrəddin isə götürüb qan laxtalandıran iynə vurub. Ürəyi də problemli adamdır. Onu üzüstə uzandırıb kürəyinə vururdum ki, ürəyinə nəşə olmasın".

Sənətçinin həyat yoldaşı "Sanki hər şeyi yenidən düşünürsən. Evə girəndə belə ev adama qəribə gəlirdi" sözlərini söyləyib.//axsam.az



REKLAM