sehiyye.info

Mayın 3-də Azərbaycan əhalisi üçün də sevindirici olan hadisə baş verəcək

Mayın 3-də Azərbaycan əhalisi üçün də sevindirici olan hadisə baş verəcək
Marqaret Harris: "Bu iki peyvənd haqqında məlumatlar gözlədiyimizdən daha yavaş gəlir və daha çox məlumatlara ehtiyacımız var".


Azərbaycanda tətbiq olunan Çinin "Sinovac Biotech Ltd" farmakoloji şirkətinin istehsalı olan "CoronaVac" peyvəndi Ümümdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən koronavirus əleyhinə penvəndlərlə bağlı təcili istifadə siyahısına salınacaq. Bu barədə Sputnik Azərbaycan-a etibarlı mənbələrdən məlumat verilib. Mənbənin verdiyi məlumata görə, ÜST "CoronaVac" vaksinini may ayının 3-də təsdiqləyəcək.


Qeyd edək ki, "Sinovac" şirkətinin "CoronaVac" peyvəndindən dünyanın 50-dən çox ölkəsində istifadə edilir. Məlumat üçün bildirək ki, koronavirus əleyhinə penvəndlərlə bağlı ÜST-ün təcili istifadə siyahısı var. Həmin siyahıda koronavirus əleyhinə Çinin "Sinovac Biotech Ltd" farmakoloji şirkətinin istehsalı olan "CoronaVac" peyvəndinin adı yoxdur. "Pfizer/BioNTech COVID-19" peyvəndi Ümumdünya Səhiyyə Təşkilatının təcili istifadə üçün təsdiq etdiyi ilk peyvənd olub. Fevralın 15-də "AstraZeneca/Oxford COVID-19" peyvəndi ÜST tərəfindən təsdiq olunaraq təcili istifadə siyahısına daxil edilib və bununla da COVAX vasitəsi ilə bu peyvəndin qlobal səviyyədə paylanması üçün yaşıl işıq yandırılıb. Amma "CoronaVac" peyvəndi ÜST-ün təcili istifadə siyasında hələ ki, yer almayıb.


Xatırladaq ki, bir müddət öncə ÜST-ün sözçüsü Marqaret Harris açıqlamasında bildirib ki, aprelin sonunda Çində istehsal olunan "Sinovac" və "Sinopharm" peyvəndlərinin sınağından sonra onun təcili istifadəsini təsdiqləyə biləcəklər. O, bunu belə əsaslandırıb: "Bu iki peyvənd haqqında məlumatlar gözlədiyimizdən daha yavaş gəlir və daha çox məlumatlara ehtiyacımız var". Harris, "məxfilik" səbəbi ilə bu mövzuda başqa bir şərh edə bilməyəcəyini söyləyib.Sputnik Azərbaycan



REKLAM