sehiyye.info

Azərbaycanda koronavirusa 2075 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycanda koronavirusa 2075 yeni yoluxma faktı qeydə alınıb
Azərbaycan Respublikasında koronavirus infeksiyasından 2480 nəfər müalicə olunaraq sağalıb, 2075 yeni yoluxma faktı qeydə alınıb.

Sehiyye.info xeber verir ki,Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 32 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 305 min 933 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 269 min 965 nəfər müalicə olunaraq sağalıb, 4235 nəfər vəfat edib. Aktiv xəstə sayı 31733 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 141 min 335 test aparılıb. Bugünkü test sayı isə 12679-dur.



REKLAM