sehiyye.info

Ev güllərinə necə qulluq edək.

Ev güllərinə necə qulluq edək.
Evinizdə bitki yetişdirməyi sevirsinizsə, onlara daha uzun yaşaması üçün sağlam mühit yarada bilərsiniz. Güllərə qulluq etmək asan bir iş kimi görünsə də əslində olduqca çətindir. Əgər evinizdə yetişdirdiyiniz bitkilərin ölməsindən şikayətçisinizsə, bu incəliklərə riayət edərək bitkilərinizin daha uzun müddət yaşamasına nail ola bilərsiniz. Güllərə qulluğun 6 vacib qaydası:

Nəm səviyyələrinə diqqət yetirin
Söhbət ev bitkilərindən gedirsə, mühitdəki nəm səviyyəsi çox vacibdir. Fəsil dəyişiklikləri qədər, evinizə ən uyğun olan bitkiləri öyrənməyiniz də vacibdir. Misal üçün tropik bitkilərin nəmə daha çox ehtiyacı var. Amma istilik səviyyəsi daha aşağı olan bir yerdə yaşayırsınızsa, daha çox nəmişlik yaratmağın da yolları mövcuddur. Dibçəyin dibinə çay daşları yerləşdirmək və ya dibçəyi su dolu bir qabın içinə qoymaq bu üsullardan bir neçəsidir. Sprey başlıqlı su qabı ilə yarpaqları nəmləndirmək də bir digər üsuldur.

Çox sulama və drenaj
Çox sulandıqda və ya davamlı olaraq drenaj edilmədikdə bitkilərin kökləri çürüməyə başlayır. Daşlar və digər drenaj məhsulları doğru tarazlığı saxlamağınıza kömək edə bilər. Sulama aralarında torpağın qurumasına icazə vermək də güllərin daha uzun ömürlü olmasına səbəb olur.

Gün işığı
Su qədər işıq da bir bitkinin ömrü üçün çox vacibdir. Güllərinizi evinizin gün işığı görən yerlərinə yerləşdirin. Bitkilər növlərinə görə birbaşa günəş işığına və ya kölgəyə ehtiyac duyurlar. Əgər az işıq istəyən bitkiləri birbaşa günəş işığı düşən yerlərə qoysanız, yarpaqlar yanıb qaralmağa başlayar.

Gübrə və zərərvericilər
Bitkilərinizə gübrə vermək onların yaxşı inkişaf etməsinə səbəb olur, ancaq həddən artıq gübrə vermək sizi dibçəyi dəyişdirməyə məcbur qoya bilər. Xüsusilə yay aylarında bitkinizi zərərvericilər üçün cəlbedici hala gətirə bilər. Bitkilər üçün ümumi qayda, adətən yaz və yay aylarında, yəni böyümə dövrləri ərzində ayda bir dəfə gübrələməkdir.

Güllərinizi düşünərək seçin
Əgər otaq bitkilərini öldürməklə məşhurlaşmısınızsa, əvvəlcə qulluğu asan olan bəzi növləri sınaya bilərsiniz. Misal üçün təcrübə toplayanadək Aloe, Kalanxoe, Kaktus, Pelarqoniya, Xlorofitum, Nefrolepis, Sansevieria kimi nisbətən az qulluq tələb edən, dözümlü bitkiləri becərmək məsləhətdir.

Yerlərini çox tez-tez dəyişdirməyin
Bitkilərinizin yerini dəyişdirmək sizə maraqlı gələ bilər, amma ev heyvanları kimi otaq bitkiləri də çox yer dəyişdirməyi xoşlamırlar. Buna görə də onun üçün ən uyğun yeri əvvəlcədən seçin və məcbur qalmadıqca dəyişdirməyin.//sasasqarden.az



REKLAM