sehiyye.info

Bakıda valideynlərin uşaqlarına verdiyi işgəncə üsulları HƏR KƏSİ ŞOKA SALACAQ: Ayaqdan asdılar və...

Bakıda valideynlərin uşaqlarına verdiyi işgəncə üsulları HƏR KƏSİ ŞOKA SALACAQ: Ayaqdan asdılar və...
2019-cu ilin oktyabrında Bakı şəhər, Sabunçu rayonu, zabrat qəsəbəsində 2 azyaşlı oğlanın doğma ataları və ögey anaları tərəfindən dəhşətli işgəncələrə məruz qoyulması barədə xəbərlər cəmiyyətdə böyük əks-səda yaratmışdı.

Sehiyye.info məlum olaylarla bağlı Ağcabədi rayon Gələbədin kənd sakini, Zabrat qəsəbəsi Babək prospektində nömrəsiz evdə yaşayan 1976-cı il təvəllüdlü Xəqani Əkbərov və həyat yoldaşı, Bərdə rayon Göyüşlü kəndində doğulmuş 1981-ci il təvəllüdlü Nuranə Əkbərova barəsində Cinayət Məcəlləsinin 127.2.2 (qəsdən sağlamlığa az ağır zərər vurma, xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində törədildikdə), 133.2.1 (əzab vermə, iki və ya daha çox şəxsə qarşı və ya girov götürülən yaxud oğurlanmış şəxsə qarşı və ya sifarişlə törədildikdə), 133.2.3 (əzab vermə, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə) və 133.2.4-cü (əzab vermə, təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddələri ilə açılmış işin materialları əldə edib.

İlk iki həyat yoldaşı xərçəngdən öldü - 3-cü evlilik

Cinayət işinin materiallarından məlum olur ki, Əkbərov Xəqani Mirzə oğlu ilk dəfə 2000-ci ildə Lətafət Əkbərova ilə evlənib və bu nikahdan 2 övladı olub. Oğlunun 20 yaşı var, qızı isə xalası ilə birgə yaşayır. Həyat yoldaşı L.Əkbərova 2012-ci ildə beyin xərçəngindən vəfat edib. Bir il sonra o, Hüsniyyə adlı qadınla ailə qurub və bu izdivadcan 2014-cü ildə Qulu, 2015-ci ildə isə Hüseyn adlı 2 oğlu dünyaya gəlib. Lakin 2017-ci ildə Hüsniyyə də xəstəlik səbəbindən vəfat edib. Bu zaman məhkəmə uşaqları xalasının himayəsinə verilməsi barədə qərar qəbul edib. Xəqani isə elə 2017-ci ildə Nuranə adlı qadınla tanış olaraq evlənib. Bu yerdə qeyd edək ki, Nuranə də daha əvəl ailəli olub. Lakin onun dindar olması səbəbindən həyat yoldaşı ondan ayrılıb.

Uşaqların rayondan Bakıya gətirilməsi

Rəsmi olaraq 3-cü dəfə nikaha girən Xəqani Əkbərov 2018-ci ildə Ağcabədi rayon İcra Hakimiyyətinə müraciət edərək övladları Qulu və Hüseynin ona qaytarılmasını tələb edib. Lakin qarşı tərəf uşaqları atalarına və ögey anaya verməyə razı olmayıb və məhkəməyə müraciət ediblər. Bir neçə instansiyada davam edən məhkəmə prosesləri nəticəsində uşaqların ataları Xəqaniyə verilməsi qətiləşdirilib. 2019-cu ilin aprel ayında Qulu və Hüseyn Ağcabədidən Zabratdakı evə gətirilib.

Lakin elə ilk günlərdən uşaqlar Ağcabədiyə babaları Qulu və xalaları Tərgülün yanına qayıtmaq istədiklərini deyiblər.

Dəhşətli işgəncələr

İstintaq materiallarından məlum olur ki, uşaqların ögey ana ilə qalmaq istəməməsi, kəndə qayıtmaq istəməsi Nuranə və Xəqanidə qıcıq yaradıb. Bundan sonra onlar uşaqları qorxu içində saxlamaq, onları fikirlərindən döndərmək məqsədilə Qulu və Hüseynə dəhşətli işgəncələr verməyə başlayıblar. Azyaşlıların köməksiz vəziyyətlərindən istifadə edən cütlük 3 aprel 2019-cu il tarixdən həmin ilin oktyabrınadək yaşadıqları ünvanda mütəmadi olaraq əl və müxtəlif küt əşyalarla döyməklə, bədənləri üzərinə qaynar su tökməklə və siqaretlə yandırmaqla, bədən nahiyəsini qaynar suya saldıqdan sonra həmin hissəyə duz basmaqla, ayağından kəndirlə asmaqla, boğazına kəndir salıb sıxmaqla və sair zorakı hərəkətlərlə, eləcə də ac saxlamaqla, özləri yemək yedikləri vaxt divarın küncündə bir ayaqları üstə saxlamaqla, yemək istəyəndə ağızlarına acı istiot tozu tökməklə, evdə məişət işləri gördürüb, qorxu altında saxlayaraq psixi və fiziki iztirab veriblər.

Hətta Nuranə Əkbərzadə dəmir boru ilə Hüseynin ayağının altına zərbələr endirərək onun ayaq daraq sümüyünü, eləcə də qol sümüyünü sındırıb. Xəqani isə dəfələrlə kabab şişini qızdıraraq doğma övladlarının bədəninə dağ basıb.

Bundan başqa Nuranə spirti stəkana tökərək uşaqlara onu içməyi məcbur edib. Xaqani çəkdiyi siqareti Hüseyinin kürəyində və alnında söndürüb, həmçinin uşaqları məcburi siqaret çəkdirməyə də çalışıb.

Cinayətin üstünün açılması

2019-cu ildə Xəqani Əkbərovun ilk evliliyindən olan oğlu S.Əkbərov Ağcabədi rayonunda olarkən atasının və ögey anasının Xəqaninin 2-ci nikahdan olan uşaqları Qulu və Hüseynə amansız davranması barədə azyaşlıların vəfat etmiş anasının valideynəırinə bildirib. Bundan sonra azyaşlıların xalası Tərgül Ağcabədidən Bakıya gəlib və Xəqaninin evinə yaxınlaşıb. O, qapıdan baxanda uşaqların əl-qollarının sarındığını görüb. Uşaqların xalası bundan sonra polisə müraciət edib.

Evə gələn polislər onları şöbəyə aparıblar və uşaqlar ekspertizadan keçirilib.

Hökm

Artıq açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Övladlarına dəhşətli əzablar verən Xəqani Əkbərov 3 il müddətinə azadlıqdan məhrum edilib. Onun 3-cü həyat yoldaşı Nuranə Əkbərova isə 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Lakin Nuranə 2020-ci ilin aprelində övlad dünyaya gətirdiyi üçün onun cəzasının çəkməsi övladının 14 yaşını tamam etməsinədək təxirə salınıb. Bu müddətdə qadının polisin nəzarətində qalması barədə qətimkan tədbiri seçilib.//publika

Bakıda valideynlərin uşaqlarına verdiyi işgəncə üsulları HƏR KƏSİ ŞOKA SALACAQ: Ayaqdan asdılar və...
Bakıda valideynlərin uşaqlarına verdiyi işgəncə üsulları HƏR KƏSİ ŞOKA SALACAQ: Ayaqdan asdılar və...
Bakıda valideynlərin uşaqlarına verdiyi işgəncə üsulları HƏR KƏSİ ŞOKA SALACAQ: Ayaqdan asdılar və...
Bakıda valideynlərin uşaqlarına verdiyi işgəncə üsulları HƏR KƏSİ ŞOKA SALACAQ: Ayaqdan asdılar və...



REKLAM