sehiyye.info

Balqabaq şirəsi vitaminlərlə zəngindir.

Balqabaq şirəsi vitaminlərlə zəngindir.

Sağlamlıq üçün faydalı içkilərin siyahısında balqabaq şirəsinin birincilər sırasında olması heç də təsadüfi deyil. Hətta belə bir deyim var ki, balqabaq sözünün mənası baldan qabaq deməkdir. Bir çox xəstəliklərin müalicəsində istifadə olunan bu şirədən sağlam adamlar da bəhrələnərək onun əvəzsiz faydalarından yararlana bilərlər.
Sehiyye.info xəbər verir ki, balqabaq şirəsinin nəyə görə bu qədər dəyərli olmasını bilmək üçün 100 qram balqabaqdan çəkilmiş şirənin tərkibinə nəzər salmaq kifayətdir:

Su-91,8 q.
Karbohidratlar-4.4 q.
Zülallar-1.0 q.
Nişasta-0.2 q.
Üzvi turşular-0.1 q.
Vitamin A-1.5 mq.
Vitamin B1-0.05 mq.
Vitamin B2-0.06 mq.
Vitamin B3-0.4 mq.
Vitamin B6-0.1 mq.
Vitamin B9-0.14 mq.
Vitamin C-8.0 mq.
Vitamin PP-0.5 mq.
Dəmir-0.4 mq.
Kalium-204,0 mq.
Kalsium-25.0 mq.
Maqnezium-14.0 mq.
Sodium-4.0 mq.
Kükürd-18.0 mq.
Fosfor-25.0 mq.
Xlor-19.0 mq.
Yod-1.0 mq.
Mis-0.18 mq.
Sink-0.24 mq.

Soyuq fəsillərdə balqabaq şirəsi soyuqdəymə xəstəlikləri zamanı müalicəvi vasitə kimi istifadə oluna bilər. Bunun üçün 1/2 stəkan təzə balqabaq şirəsinə 1 çay qaşığı bal əlavə edib gün ərzində 2 dəfə qəbul etmək lazımdır. Bu qarışıq insanın immun sistemini gücləndirir ki, orqanizm daha fəal şəkildə viruslarla mübarizə aparır.
Xəstəliklərin profilaktikası üçün və orqanizmi möhkəmləndirmək məqsədi ilə balqabaq şirəsini hər səhər acqarına yeməkdən 20-30 dəqiqə əvvəl qəbul etmək lazımdır.
Balqabaq şirəsi bağırsaqları yaxşı "işlədir". Bu səbəbdən qəbizlikdən əziyyət çəkən insanlar bu şirəni tez-tez qəbul etməlidir.

Balqabaq şirəsini hazırladıqdan dərhal sonra qəbul etmək lazımdır. Balqabaq şirəsini təzə alma, kök şirələri ilə qarışdırmaq olar.
Bəzi mədə-bağırsaq sistemi xəstəlikləri zamanı, ishala meyillik olduqda bu şirə insana ziyan vura bilər.



REKLAM